Azərbaycan – Türkiyə oyununun hakimləri açıqlandı

Azərbaycan – Türkiyə oyununun hakimləri açıqlandı
Fevralın 19-da və 21-də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunları keçiriləcək. 
Fanat.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşmaların təyinatları açıqlanıb.
Hər iki görüşü Azərbaycan hakimləri idarə edəcək. İlk matçda Azər Əsgərov, ikinci qarşılaşmada Hikmət Qafarlı ədaləti qoruyacaq.
Yoldaşlıq oyunları 
19 fevral
19:00. Azərbaycan U-19 – Türkiyə U-19
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov
Bakı İdman Sarayı. 
21 fevral
19:00. Azərbaycan U-19 – Türkiyə U-19
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov
Bakı İdman Sarayı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər