Azərbaycan Super Liqasının iki oyunu təxirə salındı

Azərbaycan Super Liqasının iki oyunu təxirə salındı

Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilib.

Fanat.Az xəbər verir ki, səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.

Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.

Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.

Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər