Azərbaycan seçməsi Avstriyaya uduzdu

Azərbaycan seçməsi Avstriyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə qarşılaşıb.

Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər