Topaz Premyer Liqasının dəyəri müəyyənləşib. Fanat.Az "Transfermarkt"ın qiymətləndirməsinə əsasən xəbər verir ki, elitada çıxış edən 8 klubun futbolçularına ümumilikdə 44 milyon 980 min avro qiymət qoyulub.
Ən dəyərli klubumuz "Qarabağ" olub. "Qarabağ"ın 28 futbolçusuna 17 milyon 250 min avro qiymət qoyulub. Bu hər futbolçunun orta hesabla 616 min avro dəyərinin olması deməkdi.
İkinci pillədə qərarlaşan "Qəbələ"nin heyətinin dəyəri 9 milyon 130 min avrodu. Bölgə klubunun 25 futbolçusunun hər birinin dəyəri orta hesabla 365 min avrodu.
Heyətində ən çox futbolçu olan klub "Neftçi" və "Səbail"di - 29 oyunçu. Onları 28 futbolçu ilə "Qarabağ" izləyir.
Ən çox legionerə güvənən klub "Qəbələ"di. "Qırmızı-qaralar"ın 11 futbolçusu başqa ölkə pasportu daşıyır. "Qarabağ"da 10 əcnəbi var. "Sumqayıt"da isə yalnız Ramil Həsənov başqa ölkənin - Ukraynanın pasportunu daşıyır.
Ən gənc heyətə sahib komanda "Səbail"di. Premyer Liqanın debütantında orta yaş həddi 23.7-di. "Keşlə"də orta yaş həddi 24.3, "Sumqayıt"da 24.7-yə bərabərdi.
Ən yaşlı komanda isə "Qarabağ" hesab olunur. Ağdam klubunda orta yaş həddi 27.1-di. "Qəbələ"də bu hədd 26.9, "Kəpəz"də 25.3-ə bərabərdi.
|
№ |
Klub |
Heyət |
Orta yaş |
Legioner |
Dəyəri (avro) |
Orta hesabla (avro) |
|
1 |
Qarabağ |
28 |
27.1 |
10 |
17.250.000 |
616.000 |
|
2 |
Qəbələ |
25 |
26.9 |
11 |
9.130.000 |
365.000 |
|
3 |
Neftçi |
29 |
25.0 |
7 |
6.330.000 |
218.000 |
|
4 |
Zirə |
25 |
25.2 |
8 |
3.750.000 |
150.000 |
|
5 |
Keşlə |
24 |
24.3 |
2 |
2.500.000 |
104.000 |
|
6 |
Səbail |
29 |
23.7 |
8 |
2.380.000 |
82.000 |
|
7 |
Sumqayıt |
23 |
24.7 |
1 |
2.050.000 |
89.000 |
|
8 |
Kəpəz |
27 |
25.1 |
5 |
1.600.000 |
59.000 |
|
Cəmi |
210 |
25.3 |
52 |
44.980.000 |
214.000 |
|
Fanat.Az