"Neftçi"dən darmadağın, "Qəbələ" uduzdu

"Neftçi"dən darmadağın, "Qəbələ" uduzdu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunub.
Çempionluğa iddialı "Neftçi" "Keşlə"nin qonağı olub. 
"Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov cəzalı olduğu üçün texniki zonada yer almayıbsa, "ağ-qaralar"ın əsas oyunçularından olan Sabir Buqrin isə eyni səbəbdən oynamayıb. Meydan sahiblərində isə Sezar Meza Kolli sarı vərəqə limitini doldurduğundan meydana çıxmayıb.
 
Oyun "Neftçi"nin 3:0 hesablı qələbəsiylə başa çatıb. "Flaqman" bu zəfər sayəsində xal hesabını 50-yə çatdıraraq azı bir günlük liderliyə şərik olub.
Günün ikinci oyununda autsayder "Səbail" "Qəbələ"ni qəbul edib. "Qırmızı-qaralar" Bakıdan əliboş qayıdıb.
Qeyd edək ki, turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.
Premyer Liqa
2020/21 mövsümü
IV tur, XXV tur
3 may
Keşlə - Neftçi 0:3
Qol: Tərlan Quliyev, 38 - öz qapısına; Keysuke Honda, 74; Emin Mahmudov, 90+2
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
Neftçi: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov 
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 20. Mert Çelik 
Məşqçi: Vəfadar Quliyev
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
"ASK Arena”.
Səbail - Qəbələ 1:0 
Qol: Amil Yunanov, 62
Qırmızı vərəqə: M.Giqauri, 52 (ikinci sarı).
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"ASCO Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

25

15

5

5

41:25

50

2

Qarabağ

24

14

8

2

57:16

50

3

Sumqayıt

24

8

9

7

28:28

33

4

Zirə

24

7

12

5

24:25

33

5

Qəbələ

24

5

9

10

20:39

24

6

Səbail

25

5

9

11

21:35

24

7

Keşlə

25

4

11

10

22:36

23

8

Sabah

24

5

7

12

22:31

22

Bombardirlər

Namiq Ələsgərov (Neftçi) - 18. Mahir Emreli (Qarabağ) - 16. Filip Ozobiç (Qarabağ) - 11. Əli Qurbani (Sumqayıt) - 9. Davit Volkov (Zirə) - 8. Rəhim Sadıxov (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ) - 6.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər