Azərbaycan Premyer Liqasında son 10 ilin rekordçusu müəyyənləşdi

Azərbaycan Premyer Liqasında son 10 ilin rekordçusu müəyyənləşdi
Son 10 ildə Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçular müəyyənləşib.
Apasport.az saytının hesablamasına görə, onilliyin rekordçusu Tural Axundovdu.
2010-2019-cu illərdə "Muğan”, "Rəvan”, "Simurq”, "Kəpəz”, "Sumqayıt” və "Neftçi”də oynamış müdafiəçinin hesabında 276 matç var. O, bu göstəricidə böyük üstünlüyə malikdi.
İkinci sırada olan Rahid Əmirquliyev ondan 18 oyun geridədi. İlk "üçlüy”ü Şəhriyar Rəhimov qapayır - 241 matç.
Eyni klubda ən çox oyun keçirməkdə rekordçu olan Maksim Medvedev isə son 10 ildə 233 çempionat qarşılaşmasına çıxıb. O, siyahıda 4-cüdü.
Ən çox oyun keçirən 10 futbolçu arasında yalnız iki legioner var. Bunlar Viktor İbekoyi və Denis Silvadı. Onlar eyni göstəriciyə malikdilər.
 
Azərbaycan Premyer Liqasında son 10 ilin rekordçusu müəyyənləşdi
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər