Azərbaycan Premyer Liqasında ilk

Azərbaycan Premyer Liqasında ilk
Azərbaycan Premyer Liqasının VII turu "Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub. 
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin "qartallar”ın heyətində 50-ci oyun olub.
2016/17 mövsümündə komandada debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, "Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudu.
Muradov "Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin "qartallar”da ümumilikdə 2-ci topudu. O, ilk dəfə 2018-ci il dekabrın 15-də "Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi.
Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, komandanın tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər