Azərbaycan Premyer Liqası iflic oldu - 3 oyun təxirə salındı

Azərbaycan Premyer Liqası iflic oldu - 3 oyun təxirə salındı
Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan "Sabah” – "Neftçi” və "Keşlə” – "Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan "Zirə” – "Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.
 
Qeyd edək ki, 12-ci turun "Qəbələ” – "Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da "Azersun Arena”da baş tutacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər