Azərbaycan Premyer Liqası 17 pillə gerilədi

Azərbaycan Premyer Liqası 17 pillə gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəğər verir ki, Topaz Premyer Liqası mövqeyini itirib.
Azərbaycan çempionatı 89 milli liqanın siyahısında 50-ci olub. Çempionatımız 17 pillə geriləyib. Belə ki, aktivində 358 xal olan Premyer Liqa ötən siyahıda 33-cü yeri tuturdu. İndi milli çempionatımız Şimali İrlandiya birinciliyi ilə 50-ci pilləni bölüşür.
 
Siyahıya İspaniya La Liqası başçılıq edir. İkinci pillədə İngiltərə Premyer Liqası, üçüncü yerdə Braziliya A Seriyası qərarlaşıb. İngiltərə və Braziliya çempionatları 4 pillə irəliləyib. 
İlk "onluq"da həmçinin İtaliya A Seriyası, Fransa Liqa 1-i, Kolumbiya Liqa Aquilası, Argentina Super Liqası, Almaniya Bundesliqası, Paraqvay Premyerası və Rusiya Premyer Liqası yer alıb. Türkiyə Super Liqası 14-cü pilləni tutur. Qardaş ölkə birinciliyi 4 pillə geriləyib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər