Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlandı

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlandı

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq. 

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər