Azərbaycan ordusunun daha 6 hərbçisi şəhid oldu - RƏSMİ

Azərbaycan ordusunun daha 6 hərbçisi şəhid oldu - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.

Fanat.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

Hüseynli Rəşad Ramiz - baş çavuş Balaşzadə Röyal Atduxan - əsgər  Kəlbiyev İsa Rəhim oğlu - əsgər Qarazadə Nicat Malik - əsgər Qənbərli Rəşad Əlizamin - əsgər Süleymanov Turxan İdris oğlu - əsgər

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər