Azərbaycan millisi Sloveniya ilə sınaq oyununa çıxacaq

Azərbaycan millisi Sloveniya ilə sınaq oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.

Fanat.Az xəbər verir ki, Eldar Yusubovun yetirmələri mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.

Komanda V İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti bölümünü keçəcək. Maribordakı toplanış iyulun 31-də başa çatacaq.

Hazırlıq zamanı millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər