Azərbaycan millisi Belçikaya məğlub oldu

Azərbaycan millisi Belçikaya məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandamız Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıblar. Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında 0:3 (17:25, 12:25, 19:25) hesabı ilə məğlub olub.

Millimiz AÇ-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər