Azərbaycan millisi Avropa kubokunda mübarizəyə başlayır

Azərbaycan millisi Avropa kubokunda mübarizəyə başlayır

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku start götürür.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın qadınlardan ibarət yığması da çıxış edəcək.

Turnirin ilk günündə Könül Əliyeva, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Ülviyyə Bayramova (hər ikisi 52 kq) və Nərgiz Hacıyeva (63 kq) tatami üzərinə çıxacaqlar.

Bu, qadınlardan ibarət komanda üçün iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatı öncəsi son sınaq olacaq.

Avropa kubokunda 29 ölkənin komandası iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər