Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə üz-üzə gələcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, oyunları Bakıda təşkil olunan C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.

"Ay-ulduzlular" bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.

1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər