Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsində Türkiyə yığması ilə üz-üzə gəlib.

İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər