Azərbaycan millisi AÇ-yə vəsiqə uğrunda yarışacaq

Azərbaycan millisi AÇ-yə vəsiqə uğrunda yarışacaq

Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.

Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın seçmələri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.

“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.   2 dekabr 15:00 Polşa – Azərbaycan 3 dekabr 20:00 Azərbaycan – Estoniya 4 dekabr 20:00 Latviya – Azərbaycan 5 dekabr 17:30 Azərbaycan -  Gürcüstan 6 dekabr 17:30 Ukrayna – Azərbaycan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər