Azərbaycan milli komandası Avropa çempionu oldu

Azərbaycan milli komandası Avropa çempionu oldu
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub. Fanat.Az xəbər verir ki, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.
Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Avropa çempionatı, IX tur
Azərbaycan - Ukrayna 2:2
Şəhriyar Məmmədyarov - Pavel Elyanov 0,5:0,5
Yuri Krivoruçko - Teymur Rəcəbov 0,5:0,5
Arkadi Naydiç - Ruslan Ponomaryov 0,5:0,5
Yuri Kuzubov - Rauf Məmmədov 0,5:0,5
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər