Azərbaycan kulubu Ukrayna millisinin üzvünü transfer edir - RƏSMİ

Azərbaycan kulubu Ukrayna millisinin üzvünü transfer edir - RƏSMİ
"Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov həmyerlisini ölkəmizə gətirmək istəyir. Fanat.Az xəbər verir ki, Polşanın "Yagelloniya" klubundan ayrılan Dmitri Xomçenovski Azərbaycanda oynaya bilər.
Bu barədə Ukrayna mediasına Yuri Maksimov məlumat veib. Mütəxəssis bildirib ki, bu barədə futbolçu ilə danışıqları olacaq. Dmitri razılaşsa, "Keşlə"yə keçidi baş tutacaq.
Qeyd edək ki, Xomçenovski cari mövsümdə "Yagelloniya"nın heyətində 9 rəsmi oyuna çıxıb. 27 yaşlı forvard əvvəllər Ukraynanın "Olimpik" (Donetsk), "Krivbas", "Zorya" və İspaniyanın "Ponferradina" klublarında oynayıb. Ukraynanın U-20 və U-21 yığmalarında oynayan futbolçu 2013-cü ildən sonra A millidə 4 oyun keçirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər