Azərbaycan Kubokunun püşkatma mərasimi bu tarixdə baş tutacaq

Azərbaycan Kubokunun püşkatma mərasimi bu tarixdə baş tutacaq

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda I və II Liqanın bütün klubları iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər