Azərbaycan Kubokunun oyunlarının başlama saatı bilindi

Azərbaycan Kubokunun oyunlarının başlama saatı bilindi

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Fanat.Az xəbər verir ki,bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:

3 dekabr (çərşənbə axşamı)

"Keşlə” – "Kəpəz” "ASCO Arena”, 15:00

4 dekabr (çərşənbə)

"Sabah” – "Ağsu” "Bank Respublika Arena” (ehtiyat meydança), 15:00

"Zirə” – "Qaradağ Lökbatan” Zirə İdman Kompleksinin stadionu, 14:00

"Sumqayıt” – "Zaqatala” "Kapital Bank Arena”, 17:00

Püşkatmaya uyğun olaraq "Qaradağ Lökbatan” – "Zirə” görüşü hər iki komandanın razılığı əsasında "Zirə” - "Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. "Sabah” – "Ağsu” matçından başqa bütün oyunlar "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər