Azərbaycan Kubokunda rekord qeydə alındı

Azərbaycan Kubokunda rekord qeydə alındı

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) 9, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) 5 top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin təkrar qeydə alındığı yarımfinaldır. 2021/22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər