Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimində 32-ci dəfə təşkil olunacaq turnirə qatılacaq 34 komandanın nümayəndələri iştirak ediblər.
İlk olaraq II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaqlar. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.
Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında reallaşacaq.
I təsnifat mərhələsi
1. “Şəfa” - “Şəmkir” 2. “Göygöl” - “Dinamo” 3. “Sheky City” - “Kür-Araz” 4. “Füzuli” - “Lerik” 5. “Qusar” - “Şahdağ Qusar” 6. “Baku Sportinq” - “Kürmük Qax” 7. “Ağdaş” - “Cəbrayıl”
II təsnifat mərhələsi
8. 1-ci cütün qalibi - “Səbail” 9. “Zaqatala” - “Şamaxı” 10. “Turan Tovuz” - 2-ci cütün qalibi 11. “Araz-Saatlı” - “İrəvan” 12. 3-cü cütün qalibi - “Araz-Naxçıvan” 13. “İmişli” - “Mingəçevir” 14. 4-cü cütün qalibi - “Sumqayıt” 15. “Karvan” - “Difai Ağsu” 16. 5-ci cütün qalibi - “Qaradağ Lökbatan” 17. “Kəpəz” - 6-cı cütün qalibi 18. MOİK - 7-ci cütün qalibi
1/8 final
19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi 20. “Zirə” - 10-cu cütün qalibi 21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi 22. 13-cü cütün qalibi - “Qəbələ” 23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi 24. “Neftçi” - 16-cı cütün qalibi 25. 17-ci cütün qalibi - “Sabah” 26. “Qarabağ” - 18-ci cütün qalibi
1/4 final
27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi 28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi 29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi 30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi
Yarımfinal
31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi 32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi
Final
33. 31-ci cütün qalibi - 32-ci cütün qalibi