Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmalar noyabrın 18-20-də keçiriləcək.
Mərhələnin bütün matçları Peşəkar Futbol Liqasının (AzPFL) "Youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku I təsnifat mərhələsi
18 noyabr
13:00. “Füzuli” – “Lerik” “ASK Arena”
13:00. “Qusar” – “Şahdağ Qusar” “Kapital Bank Arena” (ehtiyat meydan)
14:30. “Göygöl” – “Dinamo” Göygöl OİK stadionu
19 noyabr
14:00. “Ağdaş” – “Cəbrayıl” Ağdaş şəhər stadionu
14:00. “Sheki City” – “Kür-Araz” Şəki şəhər stadionu
14:30. “Baku Sportinq” – “Kürmük” Binə qəsəbə stadionu
20 noyabr
14:30. “Şəfa” – “Şəmkir” Binə qəsəbə stadionu