Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşdi

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu raundun matçları noyabrın 28-29-da keçiriləcək.

I təsnifat mərhələsi səddini uğurla keçən II Liqa komandaları “Lerik”, “Kür-Araz” və “Şəfa” Əsasnamənin tələbinə əsasən, ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar Peşəkar Futbol Liqasına rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.

Qərara əsasən, “Lerik” “Sumqayıt”ı, “Şəfa” “Səbail”i, “Kür-Araz” isə “Araz-Naxçıvan”ı rəqibin meydanında qəbul edəcək.

Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi

28 noyabr (çərşənbə axşamı) 13:30. “Karvan” – “Difai Ağsu” Yevlax şəhər stadionu 13:30. “Araz Saatlı” – “İrəvan” Saatlı Olimpiya İdman Kompleksinin stadionu 13:30. MOİK – “Cəbrayıl” Binə qəsəbə stadionu 15:00. “Şəfa” – “Səbail” “ASCO Arena” 17:00. “Turan Tovuz” – “Göygöl” Tovuz şəhər stadionu

29 noyabr (çərşənbə) 13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” Şamaxı Olimpiya İdman Kompleksinin stadionu 13:30. “Kəpəz” – “Baku Sportinq” Tovuz şəhər stadionu 13:30. “Zaqatala” – “Şamaxı” Zaqatala Olimpiya İdman Kompleksinin stadionu 13:30. “İmişli” – “Mingəçevir” İmişli şəhər stadionu 15:00. “Kür-Araz” – “Araz-Naxçıvan” “Dalğa Arena” 18:00. “Lerik” – “Sumqayıt” “Kapital Bank Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər