Azərbaycan Kubokunda yarımfinal mərhələsində cavab oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlər aprelin 24-də baş tutacaq.
"Qəbələ" öz meydanında "Zirə", "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşacaq.
Azərbaycan Kuboku Yarımfinal, cavab görüşləri
24 aprel
17:00. “Qəbələ” – “Zirə” Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionu