Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün I təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, II Liqa komandalarının iştirakı ilə keçiriləcək 7 matçı idarə edəcək hakimlər müəyyənləşib.
Bu mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku I təsnifat mərhələsi
18 noyabr
13:00. “Füzuli” – “Lerik” Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Eldəniz Musayev. “ASK Arena”
13:00. “Qusar” – “Şahdağ Qusar” Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Kapital Bank Arena” (ehtiyat meydan)
14:30. “Göygöl” – “Dinamo” Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov. Hakim-inspektor: Gülağa Cabarov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Göygöl Olimpiya İdman Kompleksinin stadionu
19 noyabr
14:00. “Ağdaş” – “Cəbrayıl” Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Əsgər Əmirəliyev. Ağdaş şəhər stadionu
14:00. “Sheki City” – “Kür-Araz” Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Elman Musayev. Şəki şəhər stadionu
14:30. “Baku Sportinq” – “Kürmük Qax” Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Binə qəsəbə stadionu
20 noyabr
14:30. “Şəfa” – “Şəmkir” Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Namiq Əliyev. Binə qəsəbə stadionu