Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşması Rəvan Həmzəzadəyə, “Sabah” – “Neftçi” görüşü isə İnqilab Məmmədova tapşırılıb.
Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 23 aprel
17:00. “Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev. VAR: Kamal Umudlu. AVAR: Rauf Cabarov. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:1.
20:00. “Sabah” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Tural Qurbanov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Seymur Səlimli. “Bank Respublika Arena”
İlk oyun - 2:1.