Azərbaycan kuboku: “Qarabağ”la “Sabah” mübarizəni dayandırdı

Azərbaycan kuboku: “Qarabağ”la “Sabah” mübarizəni dayandırdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Qəbələdə eyniadlı komanda ilə "Qarabağ"ı qəbul edib. Bu komandalar arasındakı ilk oyunda məhsuldar heç-heçə (2:2) qeydə alınmışdı. Cavab görüşündə isə "Qəbələ" minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. "Sabah" isə "Səbail"lə qarşılaşıb. Səfərdəki ilk oyunda məğlub olan "Sabah" cavab matçında istəyinə çata bilməyib. Əksinə, rəqib meydanında da qalib gələn "Səbail" yarımfinala yüksələn tərəf olub.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 19 dekabr

"Qəbələ" - "Qarabağ" 1:0 Qol: Ramon Maçado, 71.

“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak Baş məşqçi: Elmar Baxşıyev “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade Baş məşqçi: Qurban Qurbanov

İlk oyun - 2:2 Qəbələ şəhər stadionu

"Sabah" - "Səbail" 0:1 Qol: Qoba Zakpa, 73.

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov Baş məşqçi: Murad Musayev “Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex Baş məşqçi: Mahmud Qurbanov

İlk oyun - 2:3 "Bank Respublika Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər