Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma reallaşıb.
“Şimal” “Qusar”ı, “Ağdaş” “Lerik”i mübarizədən darmadağınla kənarlaşdırıb. “Şəmkir” “Sheki City” ilə oyunda tək qolla qalib gəlibsə, "Hypers Quba" qonaq qismində "Göygöl"ü yenib.
Qeyd edək ki, I təsnifat mərhələsinin dünən keçirilən görüşlərində “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olub.
Azərbaycan Kuboku 1-ci təsnifat mərhələsi 13 oktyabr
“Şimal” – “Qusar” 4:1 Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen. Baş hakim: Səbuhi Bayramov Siyəzən şəhər stadionu.
“Lerik” – “Ağdaş” 0:4 Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88 Baş hakim: Murad Səlimov Lənkəran OİK stadionu
“Sheki City” – “Şəmkir” 0:1 Qol: Akif Tağıyev, 35 Baş hakim: Vüqar Həsənli Şəki şəhər stadionu
“Göygöl” – “Hypers Guba” 2:3 Qollar: Ülvi Cəlilov, 37; 56 – Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94-öz qapısına. Baş hakim: Elvin Bayramov Göygöl OİK stadionu