Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
"Şəfa" "Şəmkir"i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Şəfa" 5:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "Şəfa" 2-ci təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq.
Azərbaycan kuboku 1-ci təsnifat mərhələsi 20 noyabr
“Şəfa” - “Şəmkir” - 1:1 (penaltilər 5:3) Qollar: Sahib Cümşüdov, 26-pen - Elgün Namazov, 58. Qırmızı vərəqə: Elcan Rəhimov, 75 ("Şəmkir")
19 noyabr “Ağdaş” – “Cəbrayıl” - 0:2 “Şəki Siti” – “Kür-Araz” - 1:2 “Bakı Sportinq” – “Kürmük Qax” - 6:0
18 noyabr “Füzuli” – “Lerik” - 0:1 “Qusar” – “Şahdağ Qusar” - 0:0 (penaltilər 4:5) “Göygöl” – “Dinamo” - 2:1
2-ci təsnifat mərhələsinin cütlükləri
"Şəfa" - “Səbail” “Zaqatala” - “Şamaxı” “Turan Tovuz” - "Göygöl" “Araz-Saatlı” - “İrəvan” "Kür-Araz" - “Araz-Naxçıvan” “İmişli” - “Mingəçevir” "Lerik" - “Sumqayıt” “Karvan” - “Difai Ağsu” "Şahdağ Qusar" - “Qaradağ Lökbatan” “Kəpəz” - “Baku Sportinq” MOİK - "Cəbrayıl"