Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının proqramı

Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının proqramı
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. Fanat.Az xəbər verir ki, dekabrın 10-da başlayacaq mərhələnin ilk matçında Premyer Liqanın autsayderləri "Kəpəz”lə "Keşlə” qarşılaşacaq.
 
İlk oyunlara çempionatın lideri və titulun son sahibi "Qarabağ”ın matçı ilə yekun vurulacaq.
 
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarının hamısı "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Azərbaycan kuboku
1/4 final
İlk oyunlar
 
10 dekabr (bazar)
 
14:00. "Keşlə” – "Kəpəz”
"İnter Arena”
 
16:00. "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu
 
11 dekabr (bazar ertəsi)
 
16:00. "Qəbələ” – "Səbail”
Qəbələ şəhər stadionu
 
19:00. "Qarabağ” – "Sumqayıt”
"Azersun Arena”
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər