Azərbaycan - Kosovo oyunu ləğv edildi

Azərbaycan - Kosovo oyunu ləğv edildi
Azərbaycan millisinin Kosovo ilə fevralın 2-də keçirilməli olan yoxlama oyunu baş tutmayacaq. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, buna UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatması səbəb olub.
Püşkün nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq. Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər