Türkiyənin I Liqasında çıxış edən "Boluspor" klubunun qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb.
Fanat.Az ajansspor.com-a istinadən xəbər verir ki, bu barədə panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib.
O, 26 yaşlı qapıçı ilə adını çəkmədiyi bir Azərbaycan kubunun maraqandığını deyib: "Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".
Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər.
Fanat.Az