Azərbaycan klubu amerikalı voleybolçu ilə müqavilə bağladı

Azərbaycan klubu amerikalı voleybolçu ilə müqavilə bağladı

“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə müqavilə imzalayıb.

Voleybolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Voleybolçu 2017-2022-ci illərdə ABŞ-ın “Biola University Eagle”, ötən il isə Almaniyanın “Prowin” klubunda çıxış edib.

“Gəncə” klubu mövsümün yarısında iki rusiyalı voleybolçu – Anna Balberova və Anna Dmitrieva ilə yollarını ayırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər