Azərbaycan karateçisi Premyer Liqanın finalına yüksəldi

Azərbaycan karateçisi Premyer Liqanın finalına yüksəldi

Azərbaycan karateçisi Əminağa Quliyev Bakıda keçlrilən Premyer Liqa turnirində finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Xristos-Stefanos Ksenosla (Yunanıstan) üz-üzə gəlib.

Döyüşdə hesab açılmasa da, qələbə Azərbaycan idmançısına verilib. Əminağa Quliyev sentyabrın 4-də Kərim Aboeitta (Misir) ilə final görüşünə çıxacaq.

İslamiadanın mükafatçısı Tural Ağalarzadənin (66 kq) isə bürünc medal qazanmaq şansı var. Onun 1/4 finalda uduzduğu Steven da Kosta (Fransa) finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İdmançının rəqibi Hiroki Nakano (Yaponiya) olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər