Azərbaycan karateçiləri Premyer Liqanı 3 qızıl, 3 bürünc medalla başa vurdu

Azərbaycan karateçiləri Premyer Liqanı 3 qızıl, 3 bürünc medalla başa vurdu

Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa turnirini 3 qızıl və 3 bürünc medalla başa vurub.

Fanat.Az xəbər verir ki, kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Əminağa Quliyev qızıl medal uğrunda misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. 

Qadınların 68 kiloqram çəki dərəcəsində yarışan ikiqat dünya çempionu İrina Zaretska finalda 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub. 5:5 bitən görüşdə qələbə Zaretskaya verilib.

Nəhayət, kişilərin 84 kiloqramdan yuxarı çəkisindəki Asiman Qurbanlı Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb. 

Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) isə üçüncü yer uğrunda görüşlərini qələbə ilə başa vuraraq yarışı bürünc medalla tamamlayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər