Azərbaycan idmançılarından yeni medal REKORDU

Azərbaycan idmançılarından yeni medal REKORDU
2013-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 782 medal qazanıblar. Fanat.az xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
 
Onun sözlərinə görə, medallardan 280-i qızıl, 233-ü gümüş, 269-u bürünc olub. Olimpiya növlərində isə 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) əldə edilib.
 
Qeyd edək ki, 2012-ci ildə idmançılarımızın medal sayı cəmi 735, olimpiya növlərində isə 273 olub.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər