Azərbaycan idmançıları beynəlxalq yarışda mükafat qazandılar

Azərbaycan idmançıları beynəlxalq yarışda mükafat qazandılar

Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş "XI Erk Çelik Halat Bodrum" beynəlxalq yarışında uğurlu çıxış ediblər.

Fanat.Az xəbər verir ki, 10-15 oktyabr tarixlərində keçirilən yarışda Azərbaycanı təmsil edən komanda 7 ölkə arasında 3-cü yeri tutub.

Azərbaycan Yelkən Federasiyasının Optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komanda bu yerə layiq görülüb.

Azərbaycan idmançıları beynəlxalq yarışda mükafat qazandılar Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər