Birinci liqa klubu "Zaqatala"nın forvardı Essono Steyn Qabon millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
25 yaşlı hücumçunun göstərdiyi çıxış ölkəsinin əsas komandasında oynamaq şansı yaradıb.
Qeyd edək ki, Steyn cari mövsümdən "Zaqatala"nın şərəfini qoruyur.