"Başlanğıcın bizim üçün uğurlu olacağına inanıram. Hər iki matçda ən yaxşı oyunumuzu göstərə bilərik. Seçmə mərhələni istədiyimiz kimi bitirmək üçün Azərbaycan və Macarıstanla oyunlarda 6 xal qazanmalıyıq". Fanat.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin hücumçusu Yosip Brekalo deyib. Martın 21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla keçiriləcək oyun haqda danışan "Volfsburq"un 20 yaşlı futbolçusu həmyerlisi Nikola Yurçeviçin millimizə təyinatına da münasibət bildirib: "Azərbaycan yığması ilə bağlı xəbərləri izləyirdim. Onlar yeni baş məşqçi axtarırdılar. İlk oyunda bizimlə qarşılacaqlar. Yurçeviçi milliyə gətirməklə hiyləgər addım atdılar. O, Xorvatiya millisini yaxşı tanıyır, daim bizi izləyir və komandamızla bağlı bütün məlumatlar onda var. Amma keyfiyyət baxımından üstünlük bizdədir. Öz oyunumuzu oynaya bilsək, heç bir problem olmamalıdır".
Fanat.Az