Azərbaycan güləşçiləri Bolqarıstan turnirinə yollanacaqlar

Azərbaycan güləşçiləri Bolqarıstan turnirinə yollanacaqlar

Azərbaycanın 8 sərbəst güləşçisi Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb. 

Yanvarın 23-26-sı aralığında baş tutacaq yarışda ölkəmizi məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

Memorialda həmçinin 1-ci kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər