Azərbaycan Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi

Azərbaycan Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi
Azərbaycan futzalına ağır itki üz verib. 
Fanat.Az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib. 
Onun ürək tutmasından öldüyü bildirilir. 
A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi. 
Allah rəhmət eləsin!
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər