UEFA Millətlər Liqasında qrup mərhələsinin V turu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az AFFA-nın mətbuat xudmətinə istinadən xəbər verir ki, oyun günü Qəbələ şəhər stadionunda bilet satışı nəzərdə tutulub.
Biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq: 1-ci Kateqoriya - 5 AZN 2-ci Kateqoriya - 2 AZN VİP - 20 AZN iTicket.az satış məntəqələri: Gənclik Mall 28 Mall Köşk No1 (Sahil m. M.Rəsulzadə 3) Köşk No2 (Bülbül prospekti, Nizami küç.) 1 Saylı ASAN xidmət mərkəzi 2 Saylı ASAN xidmət mərkəzi 3 Saylı ASAN xidmət mərkəzi 4 Saylı ASAN xidmət mərkəzi 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi