UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir, millimizin baş məşqçisi Fernandu Santuş ayın 15-i səhər saatlarında, rəqib çalışdırıcı isə günün ikinci yarısında jurnalistlərin önünə çıxacaq:
15 noyabr Azərbaycan milli komandası 10:45. Mətbuat konfransı 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Estoniya milli komandası 16:45. Mətbuat konfransı 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq