Azərbaycan çempionundan Polşada qələbələr

Azərbaycan çempionundan Polşada qələbələr

Voleybol üzrə kişilər arasında son Azərbaycan çempionatının qalibi “Murov” Polşada avrokubok oyunlarına hazırlığını davam etdirir.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun yetirmələri yerli “Jeşov” və “Blektini Ropçitse”  klubları ilə üz-üzə gəlib və hər iki qarşılaşmadan 3:0 hesabıyla qalib ayrılıb.

Xatırladaq ki, Murov oktyabrın 19-da və 20-də Çağırış kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə qarşılaşacaq. Matçlar Bakıda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər