Azərbaycan çempionu Braziliya klubunda

Azərbaycan çempionu Braziliya klubunda
Futbol üzrə üçqat Azərbaycan çempionu olan Denis Silva Kruzun yeni iş yeri müəyyənləşib.
33 yaşlı braziliyalı mərkəz müdafiəçisi karyerasını vətənində davam etdirəcək. O, D Seriyasında çıxış edən "San Kaetano” ilə anlaşıb. Sözləşmənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Denis Silva "Xəzər Lənkəran” və "Neftçi”nin də formasını geyinib. O, 4 dəfə Azərbaycan Kubokunu da qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər