Azərbaycan çempionatlarında 5-ci

Azərbaycan çempionatlarında 5-ci

“Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapan Ağdam klubu 4:0 hesablı qələbə qazanıb.

Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonunadək bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.

Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100-ü keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:

1. “Qarabağ” – 120 (“Neftçi”) 2. “Neftçi” – 119 (“Şamaxı”) 3. “Qarabağ” – 116 (“Sumqayıt”) 4. “Qarabağ” – 107 (“Şamaxı”) 5. “Qarabağ” – 102 (“Qəbələ”)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər