Azərbaycan çempionatının qalibləri bəlli oldu

Azərbaycan çempionatının qalibləri bəlli oldu

Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Fanat.Az xəbər verir ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Qadınlar -48, -57 və +70 kq-da, kişilər isə -73, -90 və +90 kq çəki dərəcələrində güclərini sınayıblar.

Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” İdman Klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”-yə qalib gəlib.

Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1. Neftçi İdman Klubu 1 2. Atilla İdman Klubu İdman Birliyi 1 3. “Kanokan TT” İdman Klubu 3. Neftçi İdman Klubu 2 5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 5. Atilla İdman Klubu İdman Birliyi 2 7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi 7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər