Azərbaycan çempionatının daha bir oyunu təxirə salındı - SƏBƏB

Azərbaycan çempionatının daha bir oyunu təxirə salındı - SƏBƏB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu birincilərin oyunçularının xəstələnməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) Fanat.Az-a verilən məlumata görə, “Neftçi” klubunun rəhbərliyi bununla bağlı müraciət ünvanlayıb.

Adıçəkilən klubun müraciətində bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkədə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər və məşqlərdə iştirak edə bilmirlər. Bu səbəbdən AVF qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb.

Beləliklə, bu gün yalnız MOİK – “Murov” oyunu baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, qadın voleybolçular arasında yanvarın 11-də keçirilməli olan Azərbaycan Yüksək Liqasının II turunun “Murov” - UNEC matçı eyni səbəbdən təxirə salınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər